• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ

Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ
03.04.2020 13:47
Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin, eləcə də, taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev məlumat verib. 

O bildirib ki, ölkə ərazisində karantin müddəti başa çatana qədər taksi xidməti göstərən şəxslərin fəaliyyəti məhdudlaşdırılacaq:
"Ölkə ərazisində 30 mindən çox taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsi var. Onların hər birinə icazə vermək olmaz. Karantin müddətində taksi şirkətlərinin məhdud sayda sürücülərinin fəaliyyətinə icazə var. Bu şərtlə ki, həmin şirkətlər sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirsinlər. Həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, bu halda onlar işləyə biləcəklər.

İcaze.gov.az saytında adı olmayan, fəaliyyətinə icazə verilməyən taksi sürücüləri qaydalara riayət etməzsə, aprelin 5-dən etibarən məsuliyyətə cəlb olunacaqlar. Həmin tarixdən etibarən taksilərin müəyyən ərazilərdə toplaşması qadağan edilir”.

"Fəaliyyətinə icazə verilən xidmət sahələrində çalışan əməkdaşlar icaze.gov.az saytında qeydiyyatdan keçməklə şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”, - deyə Kamran Əliyev qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol