• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng olmamaq üçün bunu etməyin

Xərçəng olmamaq üçün bunu etməyin
23.07.2014 23:51
Saçlarını ildə 12 dəfə rəngləyənlərin xərçəngə tutulma riski böyükdürAmerika Xərçəng Cəmiyyəti saç boyalarının tərkibindəki kimyəvi maddələrin xərçəng xəstəliyinin meydana gəlməsinə birbaşa səbəb olduğunu açıqlayıb.ANS PRESS-in məlumatına görə, Los Anceles Üniversitesinnin doktoru Gaqo Dominguez apardığı araşdırmalarda saç boyaları ilə dəri, sidik kisəsi, yumurtalıq, qan xərçəngi, linfa, süd vəzi və beyin xərçəngi arasındakı bağlılıq olduğunu üzə çıxarıb.Alim 514 min nümunə üzərində apardığı araşdırmada maraqlı nəticələr əldə edib. Boyaların içərisində olan aromatik amin və fenol adlı kimyəvi maddələr bir süngər kimi olan saç dərisindən keçərək dəri içində xərçəng təsirinə sahib N-nitrozaminlərə çevrilir. Bu mürəkkəblər xərçəngin meydana gəlməsinə şərait yaradaraq, ilk növbədə qaraciyəri hədəf alır.Alimin "International Journal of Cancer" jurnalında yayımlanan məqaləsində saçlarını ildə 12 dəfədən çox boyayan xanımların, heç boyamayanlarla müqayisədə sidik kisəsi xərçənginə tutulma riskinin ikiqat artıq olduğunu vurğulanıb.O, 15 il ərzində mütəmadi şəkildə, xüsusən tünd rənglərlə boyayan xanımlarda xərçəngə tutulma riskinin heç boyamayanlarla müqayisədə üç dəfə artıq olduğu nəticəsinə gəlib.Hətta araşdırmada xanımların saçlarını rəngləyən gözəllik ustalarının da xərçəngə tutulma ehtimalının rənglənmə prosesini etməyənlərlə müqayisədə iki dəfə çox risk daşıdığını ortaya çıxarıb.Nəticə olaraq araşdırmada Los Anceles şəhərində hər yüz xərçəng xəstəsinin 19-nun bu bəlaya düçar olmasının saçlarını rəngləməsi ilə əlaqəli olması barədə qərar verilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol