• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda faciə - İki qardaşın üzərinə benzin tökərək yandırdılar

Azərbaycanda faciə - İki qardaşın üzərinə benzin tökərək yandırdılar
06.04.2020 10:32
Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar.
 
Anews.az-ın xəbərinə görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E. Əliyev və Y. Əliyevin üzərilərinə benzin tökərək onları yandırıb. 
 
İlkin məlumata görə, E. Əliyev və Y. Əliyev A. Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nəlayiq ifadələr işlədiblər.
 
Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək E. Əliyev və Y. Əliyev üstünə töküb, daha sonra alışqanla onları yandırıb.
 
E. Əliyev və Y. Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.
 
Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.APA

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol