• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü
06.04.2020 11:54
Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 602-yə çatıb.

"Report" xəbər verir ki, onlardan 547 nəfərinin paytaxt Bakı və digər bölgələrdə, 17 nəfərinin isə Naxçıvan Muxtar Respublikasındakı xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ümumilikdə, Bakı və bölgələr üzrə indiyə qədər 584 nəfərin, Naxçıvan Muxtar Respublikasında isə 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bakı və bölgələrdə yoluxanlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş şəxslərdən isə 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Naxçıvan Muxtar Respublikasında isə 1 nəfər sağalaraq evə buraxılıb.

Ümumilikdə, aprelin 5-dək Azərbaycan Respublikası üzrə 45 383 test aparılıb. Bakı və bölgələr üzrə 44 753, Naxçıvan Muxtar Respublikasında isə 630 test aparılıb. 

Hazırda Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2 896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol