• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici ölkələrdə koronavirusun müalicəsində istifadə olunan dərmanlar - SİYAHI

Xarici ölkələrdə koronavirusun müalicəsində istifadə olunan dərmanlar - SİYAHI
08.04.2020 11:35
Koronavirusun yayıldığı vaxtdan bu günə qədər bir sıra ölkələr epidemiya ilə mübarizədə müxtəlif dərmanları sınaqdan keçiriblər.

"MediaPost" koronavirusun müalicəsində istifadə edilən dərmanların siyahısını təqdim edir.

Fransada malyariyanın müalicəsində istifadə edilən "remdesivir" dərmanı koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.

Çində aparılan sınaqlar nəticəsində "favipiravir” adlı dərmanın koronavirusa qarşı mübarizədə təsirli olduğu üzə çıxıb. Bundan əlavə, Çində "klorokin difosfat” və "remdesivir”in koronavirusa təsiri də araşdırılır.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus əleyhinə "akterma" adlı dərman hazırladıqlarını elan edib.

Yaponiya alimləri də ebola virusunun müalicəsində istifadə olunan "remdesivir” adlı dərmanın koronavirusa təsirini araşdırır.
"Sanofi" və "Regeneron Pharmaceuticals" dərman şirkətləri koronavirusa qarşı "kevzara" adlı dərmanın təkmilləşdirilmiş formasından istifadə etdiklərini açıqlayıb.

Avstraliyalı alimlər heyvanlarda parazitlərin təmizlənməsi üçün istifadə edilən "ivermektin" adlı dərmanın 48 saata COVID-19-u məhv etdiyini tapıblar.
ABŞ-da isə həkimlər koronavirusa təsirli olub-olmadığını araşdırmadan prezident Donald Trampın məsləhət gördüyü "hidroksiklorokin" adlı dərmanı xəstələrə verməyə başlayıb.

Rusiya Federal Tibbi-Biologiya Federal Agentliyi (FMBA) "meflokin” dərmanının bazasında koronavirus infeksiyasının müalicə sistemini yaratdıqlarını açıqlayıb.
Qeyd edək ki, sözügedən dərmanların koronavirusun müalicəsində effektiv olması rəsmi şəkildə təsdiqini tapmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol