• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika Nazirliyi elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

Energetika Nazirliyi elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb
08.04.2020 17:48
Energetika Nazirliyi 2020-ci ilin I rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.

Anews.az nazirliyin məlumatına istinadən xəbər verir ki, 2020-ci ilin I rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt·st (2,57%) artaraq, 6 967,7 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin I rübünə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 257,3 mln. kVt·st artaraq 6657,6 mln. kVt·st, SES-lərdə 83,0 mln. kVt·st azalaraq 220,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTZ) üzrə isə 0,9 mln. kVt·st artaraq 89,7 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 24,9 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 9,1 mln. kVt·st, Bərk məişət tullantılarının yandırılması zavodunda 55,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib. 2020-ci ilin I rübündə elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 6 295,6 mln. kVts (İES-lərdə 6099,8 mln. kVt·st, SES-lərdə 195,8 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 mln. kVts (İES-lərdə 54,7 mln. kVt·st, SES-lərdə 21,2 mln. kVt·st, Günəş ES-də 7,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 588,5 mln. kVt·st təşkil edib. 2020-ci ilin I rübü ərzində elektrik enerjisinin ixracı 483,2 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,9 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı 27,0 mln. kVt·st olmaqla, ötən ilin I rübünə nisbətən 14,0 mln. kVt·st azalıb.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol