• $
  • €
  • ₽
  • ₺
  • £

Borcları "Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəmək mümkün olacaq - VİDEO

Borcları "Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəmək mümkün olacaq - VİDEO
09.04.2020 11:54
Koronavirus pandemiyası dövründə istehlakçılar elektrik enerjisi borcunu "Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəyə biləcəklər.

Anews.az xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar:

"Elektron bildirişlər və enerji sərfiyyatına görə, yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem bütün əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildirişi alaraq, elektron ödəniş edə bilmədiyiniz halda "Azərişıq” ASC-nin veb-saytında "Bildiriş” bölməsinə daxil olub, 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu və nömrənizi, elektron poçt ünvanınızı daxil edərək, "Yadda saxla” düyməsini seçib, elektron bildiriş profilinizi yaratmış olursunuz.

"Elektron bildiriş al” düyməsini seçərək, enerji borcunuz barədə bildirişi alaraq, ödənişinizi "Azərişığ”ın mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq, ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq, elektron ödəniş etmək imkanına malikdir.
Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanına əsasən, istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq” ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol