• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədi rayonu ərazisində qaz yoxdur? - AÇIQLAMA

Binəqədi rayonu ərazisində qaz yoxdur? - AÇIQLAMA
09.04.2020 17:58
Paytaxtın Binəqədi rayonu ərazisində əhaliyə qazın verilməsində problemlər yaşanıb.

Oxu.Az xəbər verir ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yaşayan sakinlər ötən gün axşam saatlarında təbii qazın verilməsinin dayandırılması barədə sosial şəbəkədə paylaşım ediblər.  

Məsələ ilə bağlı saytımıza açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, sözügedən ərazidə dünən axşam qazın təzyiqini tənzimləyən qurğulardan biri sıradan çıxıb:

"Ötən gün axşam saatlarında Binəqədi rayonunun 7-ci, 8-ci mikrorayonlarında, eləcə də Rəsulzadə qəsəbəsinin bir hissəsində təbii qazın verilməsində problem olub. Lakin sakinlərə qazın verilməsi dayandırılmayıb. Alternativ xətdən həmin ərazidə yaşayan sakinlərə təbii qazın verilməsi təmin olunub.

Bu gün səhər saat 11 radələrində sözügedən ərazidə sıradan çıxan qurğunun təmir edilməsi üçün təbii qazın verilməsi bir neçə saatlıq dayandırılıb. Təxminən günorta saatlarından əraziyə təbii qazın verilməsi tam şəkildə bərpa edilib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol