• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Telekom” “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir!

“Azercell Telekom” “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir!
10.04.2020 14:14
Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq istiqamətində fəaliyyətini davam etdirir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alan "Azercell”, abunəçilərinin rahatlığını təmin etmək məqsədilə "Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təqdim edir.

Artıq "Azercell” abunəçiləri istifadələrində olan nömrənin rəsmi sahibini şirkətin Müştəri Xidmətləri ofislərinə yaxınlaşmadan müəyyən edə biləcəklər. Bunun üçün 6800 qısa nömrəsinə boş SMS göndərmək və ya telefonun ekranında *680#yes kombinasiyasını yığmaq kifayətdir.
Cavab olaraq abunəçiyə nömrənin rəsmi sahibinə aid müvafiq bilgilər (ad, soyad və ata adı) göndəriləcək. Karantin dövründə "Azercell” abunəçiləri bu xidmətdən təmənnasız yararlana biləcəklər. 

Onu qeyd edək ki, "Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub. 
"Azercell” müştərilərini sosial izolyasiya tədbirlərinə riayət etməyə  çağırır və onlara möhkəm can sağlığı arzu edir!

Xidmət haqqında ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/campaigns/monthly/number/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol