• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusla bağlı küçədə yaşayan üç nəfərdən nümunə götürüldü

Koronavirusla bağlı küçədə yaşayan üç nəfərdən nümunə götürüldü
28.05.2020 19:26
"Martın 19-dan bu günə qədər küçədə yaşayan, baxımsız vəziyyətdə olan üç kişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sığınacaq-bölməsinə qəbul olunub”.

Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib:
"Onlardan koronavirusa yoluxma ehtimalına görə test nümunələri götürülüb. Hələ nəticələr bəlli deyil. Analizlərin cavabları müsbət çıxarsa, onlar aidiyyəti üzrə xəstəxanalara yerləşdiriləcək və müalicələrinə başlanılacaq. Neqativ çıxacağı təqdirdə isə həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına” yerləşdiriləcəklər”.

F.Talıbov qeyd edib ki, hazırda ƏƏSMN-nin "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında” 34 nəfər var:
"Bu müəssisə 2017-ci ildən fəaliyyətə başlayıb. Hazırda müəssisədə 34 nəfər reablitasiya prosesi keçir və daimi dövlət himayəsində yaşayır. Müəssisə fəaliyyətə başladığı gündən 241 nəfər bura qəbul olunub və onlara zəruri xidmət göstərilib. Xidmət göstərilmiş vətəndaşlardan 54 nəfəri öz istəyi ilə müəssisəni tərk edib. 23 nəfər isə qocalar evinə və müxtəlif sosial xidmət müəssisələrinə yerləşdirilib. Müəssisədə yaşayan 47 vətəndaşın işlə təmin olunması ilə əlaqədar tədbirlər görülür. Onlardan artıq 11 nəfər işlə təmin olunub.

Müəssisədə yaşayanların müayinə və müalicə olunması məqsədilə 101 nəfər vətəndaşa müvafiq səhiyyə müəssisələrinə göndəriş verilib. Üç müəssisə sakininə əlillik dərəcəsinin təyin olunması üçün hüquqi xidmət göstərilib və onlara I qrup əlillik dərəcəsi təyin olunub. Bir nəfərin isə sənədlərinin hazırlanmasına köməklik göstərilərək, yaşa görə sosial müavinət alması təmin olunub. Bu illər ərzində çoxsaylı şəxslər reablitasiya prosesinə müsbət cavab verib və cəmiyyətə adaptasiya olunaraq, iş yerləri ilə təmin olunublar”.

"Hazırda müəssisiədə olan 34 sakin isə tam olaraq dövlət dəstəyi altında yaşayır”, - deyə F.Talıbov qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol