Xəstə sayı şəffaf şəkildə açıqlanır, real rəqəmlərdir - TƏBİB
16.04.2020 11:52
Bu gün ölkədə tətbiq olunan müalicə protokolları dünya təcrübəsinə əsaslanır. TƏBİB mart ayında Türkiyənin Səhiyyə Nazirliyi ilə görüş keçirib.
Anews.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib: "Xəstələrin sayı məlumdur. Biz bunu şəffaf şəkildə açıqlayırıq. Xəstə sayları real rəqəmlərdir. Ümid edirik ki, müalicə tədbirləri nəticəsində sağalmalarda artım müşahidə edəcəyik".