• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin qaydalarına zidd olan 170 minədək icazə ləğv edildi - RƏSMİ

Karantin qaydalarına zidd olan 170 minədək icazə ləğv edildi - RƏSMİ
16.04.2020 17:54
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər öncə 8, sonra isə 11 aprel tarixində edilmiş xəbərdarlıqlardan nəticə çıxararaq əsassız və lüzumsuz olan icazələri icaze.e-gov.az portalından silib. 

Bu barədə Y-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Eyni zamanda geri qaytarılan icazələrdə heç bir redaktə aparmayan, əmək müqaviləsi olmayan, icazələri xidməti müqavilə olaraq sistemdə təsdiq etməyən təşkilatların icazələri ilə birlikdə isə, ümumilikdə 170 000-dək icazə isə avtomatik rejimdə ləğv olunub.

Hüquqi və fiziki şəxslər tərəfindən qeydə alınmış şəxslərə tövsiyə olunur ki, olduqları yeri tərk etməmişdən öncə onlar üçün müraciət edən qurumdan icazəsinin icaze.e-gov.az portalında aktivliyini dəqiqləşdirsinlər.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 48 332 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 692 187 icazə qeydiyyata alınıb və hazırda həmin icazələr aktivdir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün isə SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib ki, bunlardan da təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol