• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişin daşıyan sürücülər arasında koronavirusa yoluxan var? - RƏSMİ AÇIQLAMA

Sərnişin daşıyan sürücülər arasında koronavirusa yoluxan var? - RƏSMİ AÇIQLAMA
17.04.2020 14:16
Xüsusi karantin rejimi dövründə ölkə üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) cari ilin 1-3 aprel tarixlərində 231 624, 4-6 aprel tarixlərində 124 292, 7-9 aprel tarixlərində 63 653, 10-12 aprel tarixlərində 69 043 və 13-15 aprel tarixlərində 73 275 sərnişin daşınıb.

Anews.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) istinadən xəbər verir. 

Məlumata görə, 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68,4 % azalıb. 

Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan "Bakı-Sumqayıt”, "Bakı-Abşeron” və "Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75 400, 4-6 aprel tarixlərində 54 405, 7-9 aprel tarixlərində 45 275, 10-12 aprel tarixlərində 43 460 və 13-15 aprel tarixlərində 46 160 sərnişin daşınıb. 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə "Bakı-Sumqayıt”, "Bakı-Abşeron” və "Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38,8 % azalıb. 

Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85% azalıb. Ötən müddət ərzində sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədi ilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol