• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “itkin” sürücü şəhəri bir-birinə qatdı, beş maşını əzdi, belə tutuldu - ANBAAN VİDEO

Bakıda “itkin” sürücü şəhəri bir-birinə qatdı, beş maşını əzdi, belə tutuldu - ANBAAN VİDEO
19.04.2020 14:26
Bakı polisi qaydalara tabe olmayan sürücünün saxlanılması istiqamətində əməliyyat keçirib.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, "Daewoo” markalı, 90-PC-475 dövlət nömrə nişanlı avtomobili idarə edən 1994-cü il təvəllüdlü, Nəsimi rayon sakini Yusifli Şəhram Şakir oğlu aprelin 15-də, saat 16:50 radələrində Dilarə Qədirbəyova küçəsində hərəkət edərkən 99-YP-485 dövlət nömrə nişanlı avtopatrul müfəttişinin "Saxla!” əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib.
Həmin sürücünün saxlanılması üçün yerlərdə xidmət aparan digər əməkdaşlara məlumat verilib.
Sürücü yüksək sürətlə hərəkətini davam etdirib və yol boyu yol nişanları və işıqforlara əhəmiyyət vermədən Koroğlu Rəhimov küçəsi ilə Fətəli Xan Xoyski küçəsindən hərəkət edib. Həsən Əliyev-Koroğlu Rəhimov küçəsinin kəsişməsində süni sıxlıq yaradılaraq, sürücünün saxlanılması üçün şərait yaradılıb.
Lakin sürücü əks istiqamətli yol zolağına çıxmaq üçün ara məsafəsi olmasından istifadə edərək, geriyə dönüb və ərazidən qaçmağa nail olub. Bir neçə dəfə yol polisinin onu saxlamaq imkanı olsa da, sürücü həmin polis əməkdaşının "Saxla!” əmrinə əhəmiyyət verməyərək, qaçmağa nail olub.
Beləliklə, sürücü yol boyu maşınını beş avtonəqliyyat vasitəsinə vuraraq, maddi ziyan yetirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 10-cu tağımının əməkdaşları 99-YP-485 dövlət nömrə nişanlı avtopatrul maşınının polis serjantı Elvin Elman oğlu Məlikov və polis baş serjantı Kəngərli Xəyyam Teyyub oğlu bu sürücünün saxlanılmasına nail olublar və barəsində toplanmış sənədləri təqdim ediblər.
Məhkəmənin qərarı əsasında o, bir il sürücülük hüququndan məhrum edilib və 30 sutka həbs cəzası verilib.
V.Əsədov qeyd edib ki, ötən ay ərzində Ş.Yusiflinin valideynləri tərəfindən itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmət mərkəzinə məlumat verilib:
"Ş.Yusifli yeni ailə həyatı qurub. Eyni zamanda, gizli olaraq taksi fəaliyyəti ilə məşğul olub. Sürücü barəsində tədbir görülüb. Belə sürücülərə qarşı daim DYP tərəfindən qanunauyğun tədbirlər davam etdiriləcək”.
V.Əsədov vurğulayıb ki, Ş.Yusifli özünü şəhid ailəsi üzvü kimi təqdim edib və bu addan istifadə edib. Araşdırmalarla məlum olub ki, onun hər iki valideyni sağdır. Atası Mənzil-İstismar İdarələrindən birində çalışır.
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol