9-11-ci siniflərdə tədris mayın 4-də bərpa olunacaq? - Rəsmi CAVAB

Sosial şəbəkələr istifadəçiləri mayın 4-dən etibarən 9-11-ci siniflərdə tədrisin bərpa olunacağı ilə bağlı məlumatların yayıldığını iddia edir və buna dair müzakirələr aparırlar.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-a bildirib ki, hazırda bu məsələ müzairə edilmir.
"Orta məktəblərdə tədrisin bərpası ilə bağlı konkret fikir yoxdur. Əgər olarsa, təbii olaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
www.anews.az
























