• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR izopropil spirtinin istehsalını bərpa edib

SOCAR izopropil spirtinin istehsalını bərpa edib
21.04.2020 22:00
Qlobal pandemiya ilə əlaqədar spirtə tələbat kəskin artıb. Məhz bu tendensiya nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən, SOCAR-ın "Azərikimya” İB-nin "Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, sözügedən istehsalın işə salınması "EP–300” qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. "Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan mütləqləşmiş izopropil spirti (MİPS) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı bu spirtə yerli və xarici bazarlarda tələbatın kəskin artması ilə bağlıdır.

Qurğuda həyata keçirimiş fasiləsiz təmir-bərpa işlərindən sonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələri istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq.

Müəssisədə MİPS istehsalı iki mərhələlidir. Birinci mərhələdə texniki izopropil spirti istehsal olunur. İkinci mərhələdə isə texniki spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir. "Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.

Xatırladaq ki, izopropil spirti tibdən başqa bir sıra digər sahələrdə (avtomobil və kimya sənayesi, farmokologiya, energetika və sair) tətbiq olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol