• $
  • €
  • ₽
  • ₺
  • £

Polisə bıçaqla hücum edən şəxs tutuldu - FOTO

Polisə bıçaqla hücum edən şəxs tutuldu - FOTO
21.04.2020 16:12
Şəkidə asayiş keşikçisinə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb.

Anews.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq, icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, onlara müqavimət göstərib.

Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, qanunsuz hərəkətlərinə davam edərək, asayiş keşikçisinə bıçaqla xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək, istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.
Şöbədə onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq, icazəsiz küçəyə çıxdığı və yüngül dərəcədə sərxoş olduğu məlum olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol