• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet tutumlarına tələbat iki dəfə artıb

Azərbaycanda internet tutumlarına tələbat iki dəfə artıb
22.04.2020 17:38
Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi ilə bağlı ölkə ərazisində internet tutumlarına tələbat iki dəfə artıb.

Anews.az xəbər verir ki, bunu "Delta Telecom” şirkətinin baş direktoru Ramazan Vəliyev deyib.

Onun sözlərinə görə, artan tələbatı nəzərə alaraq "Delta Telecom” müştəriləri üçün tutumları təmənnasız olaraq artırıb.

"Hazırda bütün dünyada internet çatışmazlığı yaranıb. Misal üçün İran tərəfinin bizə dəfələrlə müraciət edilməsinə baxmayaraq, biz tranzit olaraq trafiki alıb ötürə bilmirik. Çünki Rusiya və Avropa operatorları qiymətləri qaldırıb. Bu tələbatın kəskin artımı ilə bağlıdır. Əlbəttə ki, bu, birmənalı olaraq bizim də xərclərimizin artımına səbəb olub. Digər tərəfdən yüklənmələri də nəzərə alsaq, istifadə olunan avadanlıqlarda daha böyük tutumların ötürülməsi təmin olunur və əlavə olaraq biz daha böyük avadanlıqlar almalıyıq. Avadanlıq istehsalı dayandırıldığı üçün isə onların da qiymətləri artıb”, - deyə R. Vəliyev qeyd edib. 

Şirkət rəhbəri əlavə edib ki, "Delta Telecom” tərəfindən qiymət artımının qarşısını almaq üçün bütün tədbirlər görülüb və hazırkı tariflər saxlanılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol