• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-dən koronavirusla bağlı sevindirici açıqlama

TƏBİB-dən koronavirusla bağlı sevindirici açıqlama
24.04.2020 09:00
Koronavirusla bağlı müsbət rəqəmlər onu göstərir ki, artıq biz pik həddi keçmişik. Buna görə dəkarantinlə bağlı yumşalma tədbirlərinə başlamaq olar.
 
Anews.az-ın xəbərinə görə, bunu TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Millət vəkili Vüqar Bayramov isə müəyyən yeniliklərin tətbiqi ilə bir sıra iş yerlərinin açılmasının mümkün olduğunu bildirib.
 
TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əlilyev koronavirusla mübarizədə Azərbaycanın kritik həddi keçdiyini açıqladı.
 
Asif Əliyev bildirir ki, ancaq bu insanların tamamilə arxayınlaşmasına gətirib çıxarmamalıdır. Çünki, virusun ikinci dalğası ilə bağlı müəyyən ehtimallar mövcuddur. Buna görə qaydalar yumşalsa belə ehtiyyatı əldən vermək olmaz.
 
Millət vəkili Vüqar Bayramov bildirir ki, Avropa ölkələrində olduğu kimi bəzi fəaliyyət sahələrininfəaliyyətinə icazə verilə bilər.
 
Millət vəkili sadələşmiş vergi ödəyicisi olan iş yerlərinə də qoyulan qadağaların götürülə biləcəyini bildirib. Vüqar Bayramovun sözlərinə görə, bu iş yerlərinin açılması iqtisadi məşğulluqda yenidən canlanmanın yaranması baxımından vacibdir.
 
Mütəxəssislərin sözlərinə görə, xüsusi karantin rejimindən mərhələli çıxış üzrə bir sıra variantlar hazırlanır. Ehtimal olunur ki, fəaliyyətinə qadağa qoyulan sahələr 3 mərhələdə açıla bilər.
 
İlkin mərhələdə Mebel, geyim, kosmetika, mobil telefon satışı, bərbərxana, gözəllik salonu, fərdi tədris kimi bəzi sahələrin fəaliyyətinə icazə verilə bilər.
 
İkinci mərhələdə kafe, restoran, çay evi, bar və pabların fəaliyyətinə bərpa oluna bilər.
 
Üçüncü mərhələdə isə şadlıq evləri, mollar, bazarlar, əyləncə mərkəzləri, kinoteatrlar, mərasim evləri, oyun zallarının fəaliyyətinə icazələrin bərpası mümkündür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol