• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronaviruslu xəstələrin evə buraxılması qaydaları AÇIQLANDI

Azərbaycanda koronaviruslu xəstələrin evə buraxılması qaydaları AÇIQLANDI
24.04.2020 11:11
Azərbaycanda COVID-19 xəstələrinin evə yazılması və izolyasiya qaydaları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah zərurət yarandığı təqdirdə asimptomatik və yüngül simptomlu xəstələrin evdə müalicə və monitorinqi barədə qərar çıxararsa, stasionarda müşahidə altında və müalicə edilməkdə olan COVID-19 xəstələrindən son 72 saat içərisində medikamentoz müdaxilə etmədən qızdırması və oksigenə ehtiyacı olmayanlar, onları izləyən həkimin münasib gördüyü təqdirdə müalicələri nizamlanaraq evə yazıla bilər.
 
Onların evdəki izolyasiyası hər hansı bir simptom və ya qızdırmanın olmadığı təqdirdə, xəstəxanadan buraxıldığı gündən etibarən 14-cü gündə yekunlaşdırılır. Evə göndərilən xəstə "Evdə Xəstələrin Monitorinqi” qaydalarına əsasən idarə olunur. Hospitalizasiya olunaraq müalicə alanlar isə aktiv simptomların yoxa çıxmasından 72 saat sonra test olunur. Əgər test nəticəsi neqativ olarsa, ən azı 24 saat ara ilə təkrar test götürülür. İki ardıcıl test nəticəsi neqativ olan xəstələr xəstəxanadan evə yazılır. Bu xəstələrə 14 gün ev izolyasiyası tətbiq edilir. Əgər test nəticəsi pozitiv olarsa, 7 gün sonra təkrar test götürülür və situasiya təkrarlansa, hər 3 gündən bir ardıcıl 2 neqativ (iki neqativ test ən azı 24 saat ara ilə icra olunmalıdır) nəticə alınanadək test təkrarlanır.

Sənəddə bildirilir ki, COVID-19-a yoluxmuş tibb işçilərinin izolyasiyalarının yekunlaşdırılması üçün asimptomatiklərdə pozitiv nəticədən 7 gün sonra, ən azı 24 saat ara ilə aparılmış 2 testin nəticələrinin neqativ olması tələb olunur. Simptomları olanlarda isə simptomların yoxa çıxmasından 72 saat sonra test olunur. Əgər test nəticəsi neqativ olarsa, ən azı 24 saat ara ilə təkrar test götürülür. İki ardıcıl test nəticəsi neqativ olan xəstələr xəstəxanadan evə yazılır.
 
Bu xəstələrə 14 gün ev izolyasiyası tətbiq edilir. Əgər test nəticəsi pozitiv olarsa, 7 gün sonra təkrar test götürülür və situasiya təkrarlansa hər 3 gündən bir ardıcıl 2 neqativ (iki neqativ test ən azı 24 saat ara ilə icra olun- malıdır) nəticə alınanadək test təkrarlanır. Bu mütəxəssisə iş yerində ciddi ehtiyac yaranarsa, təmas və hava-damcı qorunma qaydalarına riayət etməklə işə qayıda bilər. Əks halda evdə 14 gün müddətində izolyasiyası təmin edilməlidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol