• $
  • €
  • ₽
  • ₺
  • £

“Orta məktəblərin sentyabrın 1-də açılması daha düzgün olar” – Ekspertdən RİSK XƏBƏRDARLIĞI

“Orta məktəblərin sentyabrın 1-də açılması daha düzgün olar” – Ekspertdən RİSK XƏBƏRDARLIĞI
24.04.2020 18:12
"Ətrafında koronavirusa yoluxma halı müşahidə edən insanlarda narahatlıq yüksək səviyyədədir”.
Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi mayın 4-nə qədər uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-ü karantin rejiminin ləğvi fonunda ilk iş və tədris günü kimi müəyyən olunub. Bununla belə, məktəblərdə tədrisin eyni gündə bərpa olunmasının yoluxma təhlükəsinə yol açacağına yönəlik narahatlıqlar da ifadə edilir.

Təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, tədris müəssisələrinin eyni gündə fəaliyyətini bərpa etməsi şagirdlər arasında yoluxma riskini artırır. Çünki tədris ocaqları kütləvi yerdir və virus daşıyıcısı olan şəxs başqalarını da asanlıqla yoluxdura bilər:
"Məlumdur ki, böyüklərə nisbətən azyaşlıların gigiyena qaydalarına əməl etmələri daha çətin olur. Azyaşlılar arasında yaxın təmas, əli üzə vurmaq, toxunmaq və sair hərəkətlər daha çox olduğuna görə yoluxma prosesi sürətlənə bilər.
Koronavirus xəstələrinin sayının artmaması üçün ölkədə tədris ocaqlarının eyni gündə deyil, müəyyən ardıcıllıqla fəaliyyətə başlamaları daha doğru addım olardı”.
Qoşqar Məhərrəmov hesab edir ki, tədris ocaqları eyni vaxtda açılarsa, bir çox valideynlər öz uşaqlarını məktəbə göndərməkdən imtina edəcəklər. Çünki insanların narahatlığı hələ tam aradan qalxmayıb:
"Ətrafında koronavirusa yoluxma halı müşahidə edən insanlarda narahatlıq yüksək səviyyədədir. Bu mənada tədris ocaqları açılsa da, kütləvi şəkildə tədrisdən yayınma halları yaşanacaq.
Əslində, məktəblərin bağlanmasına təqribən ayyarım qalıb. Bu ərəfədə onlayn dərslərin həyata keçirilməsi şərtilə, tədris prosesinə sentyabrdan başlamaq olar.
Təhsilin normal vəziyyətə qayıtması vacib olsa da, mövcud şəraitdə sağlamlıq daha önəmlidir. Ona görə də infeksiya təhlükəsinin tam sovuşmasını gözləmək lazımdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol