• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir körpə ölümü qeydə alınıb

Azərbaycanda daha bir körpə ölümü qeydə alınıb
21.07.2014 15:57

Azərbaycanda daha bir yeni doğulmuş uşaq ölümü qeydə alınıb. APA-nın məlumata görə, hadisə Ağdam Mərkəzi Rayon Xəstəxanasında baş verib.

İyulun 19-da 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilib. Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb: “Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.

 

F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: “Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.

 

F.Səfərov həmçinin qeyd edib ki, ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb.

 

Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova isə APA-ya açıqlamasında bildirib ki, Aynur Səfərovanın ailəsi məcburən, həkimlərin icazəsi olmadan uşaqları xəstəxanadan çıxarıb: “1 kq və 1 kq 200 qram çəkidə doğulan uşaqlar idi. Yarımçıq doğuş idi. Onların yaşamaq şansı çox az idi. Ona görə də o uşaqların nə Bərdəyə, nə də Bakıya aparılmasına icazə vermirdik. Bizim xəstəxanada küveyz var. Uşağın ikisi də küveyzə qoyulmuşdu. Lakin uşaqların qohumları təkid edirdi ki, uşaqları Bərdəyə aparırıq”.

 

G.Səfərova əlavə edib ki, A.Səfərova hamiləliyi dövründə onların xəstəxanasında müalicədə olunmayıb: “Aynur Səfərova bizim xəstəxananın ərazisində yaşasa da, 7 ayına qədər Bərdədə müalicə olunub. Buna baxmayaraq, xəstəxanaya gətiriləndə biz onu qəbul etdik, gec saatlarda olmasına baxmayaraq, həkimi Tərtərdən geri qaytardım. Ana xəstəxanaya ağrıları başlamış vəziyyətdə gətirilmişdi. Biz ona sevindik ki, əsas ana xilas oldu. Çünki çox çətin vəziyyətdə idi. Doğuşdan iki gün əvvəl ana qarpızdan zəhərlənmişdi. Ola bilər ki, ana zəhərləndiyi üçün də erkən doğuş olub”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol