• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi ilə baş redaktorlar gizli razılığa gəldi

Müdafiə Nazirliyi ilə baş redaktorlar gizli razılığa gəldi
21.07.2014 14:37
“Müdafiə Nazirliyi ilə baş redaktorlar arasında qeyri-rəsmi bir anlaşma baş tutdu”.
 
Bu sözləri Axar.az Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı dünən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən ölkənin aparıcı media nümayəndələrinin görüşünə münasibət bildirərkən dedi.
 
Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə media arasında münasibətlərin normal müstəvidə inkişafı üçün bu addım atılmalı idi:
 
“Orduda baş verən hər bir hadisə ictimaiyyəti düşündürür. Bu baxımdan, bizim orada nazir müavini general-leytenant Kərim Vəliyevlə çox səmimi söhbətlərimiz oldu. Biz də öz fikirlərimizi, təkliflərimi çatdırdıq, Müdafiə Nazirliyi ilə daha operativ şəkildə işləmək istədiyimizi bildirdik. Onlar da bizə söz verdilər, media ilə olan münasibətlərini daha da gücləndirəcəklərini bildirdilər. Nazirlikdə redaktorlar arasında qeyri-rəsmi bir anlaşma da baş tutdu. Milli maraqlar və dövlətçilik əleyhinə olan, qeyri-səhih və araşdırılmamış məlumatların mətbuatda yayılmaması üçün razılığa gəldik”.
 
“Xalq Cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli də Müdafiə Nazirliyinin bu təklifini təqdirəlayiq addım adlandırdı:
 
“Görüşün ən önəmli cəhəti olduqca səmimi və açıq bir söhbətin baş tutması idi. Görüş zamanı nazirliklə media arasındakı əlaqələrin inkişafı baxımından maraqlı və düşündürücü təkliflər səsləndirildi. Belə görüşlərin davamlılığı üçün də təkliflər irəli sürüldü. Ümid edirəm ki, bu görüş növbəti belə tədbirlərin keçirilməsi üçün başlanğıc olacaq. Bu ənənə halına gətirmək həm mətbuatın, həm də nazirliyin marağındadır”. 
 
“Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı da görüşün media üçün əhəmiyyətli olduğunu bildirdi:
 
“Mətbuat üçün əhəmiyyət kəsb edən bir tədbir baş tutdu. Bu gün cəmiyyəti düşündürən əsas məsələlər müzakirəyə çıxarılmışdı. Bu görüş ordu komandanlığı ilə mətbuatın çox səmimi bir dostluğuna növbəti təkan oldu. Mətbuatın irəli sürdüyü təkliflərə ordu komandanlığı öz münasibətini bildirdi. Ermənistanın Azərbaycana qarşı apardığı informasiya siyasətinə ölkə mediasının, jurnalistlərin münasibəti kimi əsas məsələlər bütün detalları ilə müzakirə edildi. Hesab edirəm ki, bu həm ölkə, həm media üçün son 20 ildə baş tutan ən əhəmiyyətli görüşlərdən biri oldu. Bunun çox müsbət nəticələri olacaq”.
 
Qeyd edək ki, iyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib. Görüşdə tanınmış media nümayəndələri Vüqar Səfərli, Aynur Camalqızı, Aydın Quliyev, Rəşad Məcid, Akif Aşırlı, Elçin Mirzəbəyli, Natiq Məmmədli, Yunus Oğuz, Eynulla Fətullayev, Seymur Səfərli, Elbrus Ərud da iştirak edib. 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol