• $
  • €
  • ₽
  • ₺
  • £

Direktorun şagirdinə təcavüzü İsmayıllını ayağa qaldırdı – Şok video

Direktorun şagirdinə təcavüzü İsmayıllını ayağa qaldırdı – Şok video
21.07.2014 10:58

İsmayıllı rayonunun Kürdmaşı kəndində baş verən təcavüzlə bağlı sakinlərin direktorun həbsini tələb etmək üçün məktəbin önünə yığışmalarını əks etdirən video Axar.az-a təqdim edilib.

 

Video-yazıdan da göründüyü kimi, əhali Kürdmaşı kəndində yerləşən qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı A.-ya təcavüz etdiyindən hiddətlərini bildirir və onun dərhal həbsini, kənddən qovulmasını tələb edirlər.

 

Maraqlıdır ki, ötənlərdə A.-nın anası T.A.-nın İsmayıllı Rayon Polis İdarəsində şikayətçi olmadığı barədə ərizəsinin olduğu bildirilsə də, kənd camaatının içində həvəskar kameraya danışan ana da Zahid Namazovun həbsini tələb edir.

 

Əhali bu narazılığını dünən – 20 iyulda bildirib. Kənd sakinlərinə deyilib ki, rayon icra başçısı və rayon prokuroru bu gün onlarla görüşmək üçün Kürdmaşı kəndinə gələcək.

 

Nə baş verib?

 

İsmayıllı rayonunun Kürdmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid Namazov azyaşlı qıza təcavüz edib. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.

 

A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra tapılıb və məlum oldu ki, onu məktəb direktoru aparıbmış.

 

Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur ki, münasibət varmış.

 

Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını bildirib.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı Rayon Polis Şöbəsində izahatlar alındığı bildirilirdi.

 

Kənd sakinləri isə azyaşlı qıza təcavüz edən 56 yaşlı məktəb direktorunun kənddən qovulmasını və həbsini tələb edir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol