Bakının bu ərazisində böyük yaşayış rayonu yaradılacaq

Hazırda iri Çin investorları ilə "20-ci sahə” layihəsi müzakirə olunur.
Anews.az xəbər verir ki, bunu Media.az-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.
O, bunun Bakının şəhərsalma sferasında maraqlı layihə olduğunu qeyd edib:
Layihə maraqlıdır, mən bu layihənin texniki-iqtisadi əsaslandırılmasını etmişəm. Orada yaşayış massivlərinin, məktəblərin, bağçaların, ticarət mərkəzlərinin tikintisi nəzərdə tutulub”.
E.Qasımzadə koronavirus səbəbindən danışıqların müvəqqəti dayandırıldığını bildirsə də, sərhədlər açıldıqdan sonra layihənin reallaşacağını mümkün hesab edir.
"20-ci sahə”nin hazırkı durumu haqda danışan memar orada vəziyyətin ürəkaçan olmadığını bildirib:
"İndi orada vəziyyət dəhşətlidir, kanalizasiya yoxdur, torpaq sürüşmələri baş verir. İnsanların işlətdiyi su aşağı təbəqələrə gedir. Sürüşmə nədir? Bu, dərinlikdə yerləşən qayadır, sonra qrunt və gil qatı gəlir.
www.anews.az
























