• $
  • €
  • ₽
  • ₺
  • £

Rayon qeydiyyatında olanlar Bakıya qayıda biləcək - PLAN

Rayon qeydiyyatında olanlar Bakıya qayıda biləcək - PLAN
29.04.2020 11:31
Ölkədə karantin rejiminin yumşaldılmasından sonra bir çox obyektlərin, iş yerlərinin fəaliyyəti yenidən bərpa edilib. Lakin şəhərlərarası avtobusların işləməməsi səbəbindən bu yerlərdə çalışan və hazırda bölgələrdə qalan şəxslər paytaxta qayıda bilmirlər. Bu isə həmin xidmət sektorlarında müəyyən çatışmazlıqlara səbəb olur.

Anews.az bildirir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, artıq şəhərlərarası daşımanın icrası ilə bağlı fəaliyyət planı hazırlanıb və belə bir qərar verilərsə, tətbiq ediləcək:

"Şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanıb. Fəaliyyət planına müəyyən istiqamətlər üzrə tədbirlər daxil edilib. Karantin rejiminin gücləndirilməsinə dair qərarla əlaqədar regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərimizin daşınması üçün bütün zəruri tədbirlərə hazırlıq görülüb. Respublika üzrə 56 avtovağzal və avtostansiyaya gücləndirilmiş rejimdə çalışmalarına dair tapşırıq verilib. Sərnişin axınına uyğun tələbat tam ödənəcək”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol