Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən icazəsi olan şəxslərin işdənkənar və qeyri-iş günlərində yaşayış yerini tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
NK-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, fəaliyyətinə icazə verilmiş obyektlərdə insanların işdənkənar da hərəkətlilik səviyyəsi müşahidə olunub:
"Bu qərar sui-istifadə hallarının qarşısını almaq üçün verilib. Belə ki, icazəsi olan şəxslərin işdənkənar hallarda yaşayış yerini tərk etməsi üçün SMS xidmətindən istifadəsinin zəruriliyi barədə qərar verilib”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























