• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 167 nəfərdə yeni yoluxma halı aşkarlandı

Azərbaycanda 167 nəfərdə yeni yoluxma halı aşkarlandı
06.05.2020 10:26
Bu ilin I rübü ərzində Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkar edilib.
 
Anews.az-ın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, onların 164-ü (98,2%) Azərbaycan vətəndaşlarında, 3-ü (1,8%) isə əcnəbilərdə aşkarlanıb. Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,4%-i, 1987 - 01.04.2020-ci illər ərzində isə aşkar olunan halların 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Qeydiyyata alınmış 164 yerli sakinin 109-u (66,5%) kişi, 55-i (33,5%) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 33 nəfər İİV xəstəsində xəstəlik QİÇS mərhələsinə keçib, eyni zamanda 12 nəfər Azərbaycan vətəndaşı İİV infeksiyasından dünyasını dəyişib.
 
N.Zülfüqarov qeyd edib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Onların 4860-ı (69,9%) kişi, 2097-si (30,1%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1849 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1054 nəfər olub.
 
Mərkəz rəsmisi əlavə edib ki, qeydiyyata götürülən ölkə vətəndaşlarının 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. İnfeksiyaya yoluxanların 6,1% -də yoluxma yolu müəyyən edilməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol