Gürcüstan turistlər üçün “yaşıl zona”lar yaradır

Gürcüstanın Baş naziri Giorgi Qaxaria ötən gün verdiyi açıqlamada iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olduqlarını bildirmişdi.
"Sputnik Gürcüstan” məlumat verib ki, ölkənin Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili Baş nazirin ötən gün verdiyi açıqlamanı şərh edərkən bildirib ki, Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin istirahəti üçün xüsusi "yaşıl zona”lar yaradılacaq.
M.Kvrivişvilinin sözlərinə görə, "yaşıl zona”ya Tsxaltubo, Borjomi, Abastumani, Bakuriani, Qudauri və Batumi kurortları daxildir.
Gürcüstanda daxil turizm mövsümü isə iyunun 15-dən bərpa olunacaq. "Yaşıl zona” qadağası Gürcüstan vətəndaşlarına şamil olunmayacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur