• $
  • €
  • ₽
  • ₺
  • £

Yevlaxda yaşlı sakinlərə qarşı quldurluq edənlər tutuldu

Yevlaxda yaşlı sakinlərə qarşı quldurluq edənlər tutuldu
12.05.2020 18:30
Yevlaxda silsilə şəkildə quldurluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən cari ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

Belə ki, əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək - mart ayının 12-də 1943-cü il təvəllüdlü Ş.Cəbrayılovanın 600 manat pulunu, aprel ayının 5-də 1961-ci il təvəllüdlü M.İbrahimovun 8 600 manat pulunu və aprel ayının 28-də 1942-ci il təvəllüdlü Z.Məmmədovanın 1 000 manat pulunu quldurluq yolu ilə ələ keçirmişlər.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıb. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol