• $
  • €
  • ₽
  • ₺
  • £

Küveytdə koronavirusa yoluxanların sayı kəskin artdı

Küveytdə koronavirusa yoluxanların sayı kəskin artdı
12.05.2020 20:30
Küveytdə son sutkada koronavirusa yoluxanların sayı 10% artıb.
"Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, ölkədə virusa yoluxma hallarının sayı 991 nəfər artaraq 10 277-yə yüksəlib.

Bundan başqa, pandemiya qurbanlarının sayında da artım müşahidə edilib. Belə ki, ötən gün koronavirusdan ölənlərin sayı daha 10 nəfər artaraq 75-ə çatıb.

Qeyd edilib ki, ölkədə son 24 saatda 194 nəfər COVID-19-dan sağalıb. Beləliklə, Yaxın Şərq ölkəsində koronavirusdan sağalanların sayı 3 101-ə yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol