• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının 35 min 854 qoyunu var? - AÇIQLAMA

İcra başçısının 35 min 854 qoyunu var? - AÇIQLAMA
13.05.2020 14:10
"Nə elə maşın var, nə də başqa şey”.

Qaynarinfo.az xəbər verir ki, bunu Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Naxçıvan istehsalı olan "NAZ Lifan” avtomobilində gəzməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. İcra başçısı yayılan məlumatın şaiyə olduğunu bildirib:

"Belə bir şey yoxdur, yalandır. Əgər varsa, maşını onu yazana bağışlayıram. Kim onu yazıb? Belə şey olar? Nə elə maşın var, nə də başqa şey. O günü biri yazıb ki, Əhəd Abıyevin Daşkəsəndə yaylaqda 35 min 854 qoyunu var. Bu bir deyil, iki adamın qoyunudur. Onu tək adam necə saxlaya bilər? Onu harda saxlamaq olar? Daşkəsən dağlıq, qışı 40 dərəcə şaxta olan bir yerdir. Burada heyvanlar iki aylıq yaylağa gəlir. İki aydan sonra yenə də aparırlar. Əhəd Abıyev bu qədər qoyunu harada saxlaya bilər? Bu boyda yalan olar?..”

Qeyd edək ki, mətbuatda yazılanlara görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Lexus LX 570" model bahalı avtomobilini Naxçıvan istehsalı olan "NAZ Lifan” avtomobili ilə əvəzləyib. Bildirilir ki, Əhəd Abıyev bu addımı Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra atıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol