Azərbaycanlı həkim koronavirusa təkrar yoluxma riskindən danışdı

"Dünyada COVID-19-u 100 faiz düz yoxlayan test yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində deyib.
O bildirib ki, bu gün test edilən şəxslərdə COVID-19-un nəticəsi neqativ çıxsa da, bu, onların yoluxmayacağı anlamına gəlməz:
"Bir şəxsdən götürülən testin nəticəsi bu gün üçün keçərlidir. Ola bilər ki, bu gün test nəticəsi neqativ çıxan şəxs bir neçə gün sonra xəstəxanada müalicəyə başlayır. Çünki bu, həmin gün, həmin saata uyğun olan nəticədir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























