• $
  • €
  • ₽
  • ₺
  • £

Axtarışda olan Möhsün Qasımovun Kanadada saxlanılmasının TƏFƏRRÜATI

Axtarışda olan Möhsün Qasımovun Kanadada saxlanılmasının TƏFƏRRÜATI
13.05.2020 17:45
Azərbaycan dövlətinin "İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Möhsün Qasımov Kanadada saxlanılıb. Naxçıvanın Culfa rayon sakini, 1988-ci il təvəllüdlü M. Qasımovun dələduzluq iddiaları ilə bağlı 29 may 2019-cu il tarixində (https://www.yeniavaz.com/az/news/index/109245/kanadaya-aparmaq-adi-ile-menden-90-min-manat-aliblar-iddia) saytımızda məqalə dərc olunmuşdu.

Şikayətçilərdən biri İsmayıllı rayon sakini Ruhid Rəcəbov Yeniavaz.com-a Kanadada saxlanılan Möhsün Qasımovun həbsinin detallarını açıqlayıb: "Möhsün Zülfüqar oğlu Qasımov Abşeron rayonunda qeydiyyatdadır. Əvvəllər bir neçə dəfə Amerikaya gedib-gəlib, ancaq bizim bu şəxslə bağlı ətraflı məlumatımız olmayıb. 
 
Sonradan müəyyən tanışlar vasitəsilə onunla əlaqəmiz yarandı. O bizə istənilən vaxt Kanada və Amerikaya getmək üçün köməklik edə biləcəyini dedi. Bunun qarşılığında isə 8500 dollar məbləğ tələb etdi. Biz ilkin məbləğ kimi 2500 dollar ödəniş etdik və müqavilə bağladıq. Lakin sonradan M. Qasımov müqavilədəki şərtləri pozdu, bizimlə kobud rəftar etməyə başladı. Bütün bunlardan sonra biz Möhsünlə bağlı internetdə araşdırma apardıq, ortaq dostlarımızdan soruşduq və nəticədə bunun dələduz olduğunu öyrəndik. Mən Möhsünə mədəni formada bizdən aldığı pulu qaytarmasını tələb etdim.
 
O isə ölkədə olmadığını Kanadaya getdiyini dedi. Bundan sonra aldadılan 6 nəfər olaraq biz hüquqi prosesləri başlatdıq. Abşeron rayon Polis Şöbəsinə Möhsün Qasımovun dələduzluğu ilə bağlı ərizə ilə müraciət etdik. Məlum oldu ki, bizdən əvvəl Möhsünlə bağlı polisə daha bir nəfər, Mikayıl adlı şəxs də şikayət ərizəsi verib". 

Ruhid Rəcəbov şikayətçilər adından M.Qasımovla bağlı ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya da məktub ünvanladığını dedi: "Möhsünün bizə vurduğu maddi zərərlə bağlı prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdik.
 
Sağolsunlar, şikayətimizə reaksiya verildi və bununla bağlı aidiyyəti qurumlar hərəkətə keçdi. İş nəzarətə götürüldükdən sonra M. Qasımova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açıldı. Daha sonra "İnterpol" vasitəsilə bütün sənədlər tərcümə edilərək Kanada dövlətinə göndərildi.
 
Biz özümüz də ayrıca Kanada Miqrasiya İdarəsinə, Sərhəd Xidmətinə və yerli polisə rəsmi müraciətlər etdik. Ordan da bizə cavab verdilər ki, artıq işlərə başlanılıb, araşdırmalar aparılır. Dünən bir sevindirici xəbər aldıq ki, artıq Möhsün Qasımov saxlanılıb. Mən məlumatı polis şöbəsi ilə dəqiqləşdirdim ordan da M. Qasımovun saxlanılması ilə bağlı məlumatı təsdiqlədilər". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol