• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir
14.05.2020 16:46
İstifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə "Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış "Kabinetim” mobil tətbiqinin yeni versiyası abunəçilərin ixtiyarına verildi. Artıq abunəçilərin işini daha da asanlaşdıran, bəzi funksiyaları əlçatan edən yeni imkanlar vasitəsilə tətbiq daha rahat, funksional və rəqəmsal xüsusiyyətlərə malikdir.
 
Belə ki, "Kabinetim” mobil tətbiqinin yeni versiyasında abunəçi istifadə etdiyi nömrənin rəsmi sahibini asanlıqa öyrənə bilər. Bunun üçün sadəcə proqramdakı kənar menyuya daxil olmaq kifayətdir. Digər yenilik "Mənim Profilim” bölməsində edilib. Bu bölmədə imza sahibinin adı və soyadı ilə yanaşı, əlavə əlaqə nömrəsi və elektron ünvanın qeyd olunması üçün imkan yaradılıb. Sözügedən hər iki funksiyadan yalnız fiziki şəxslər yararlana biləcəklər.
 
Önəmli yeniliklərdən biri də Mobil Ödəmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, fakturasız xətt istifadəçiləri artıq öz nömrəsinə aid kabinetdən digər Azercell nömrəsinə balans köçürə bilər. Bundan əlavə, yenilənmiş "Kabinetim” mobil tətbiqində "İnternet” və "Balansı artır” bölmələrindən istifadəçi təcrübəsi də təkmilləşdirilib.
 
Qeyd edək ki, "Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini "App Store” və ya "PlayStore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.
 
Müasir texnologiyalar və rəqəmsal həlləri təqdim edən "Kabinetim” tətbiqi istifadəçilərə nömrə xəttini şəxsən idarə etmək, balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.
 
Rəqəmsal həllərin tətbiqi yolu ilə müştəri məmnuniyyətini daha da yüksəltməyi hədəfləyən Azercell "Kabinetim” tətbiqinin funksionallığını artırmaqda davam edəcək. Odur ki, istifadəçilər mobil tətbiqlə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol