• $
  • €
  • ₽
  • ₺
  • £

Salyan polisi ayağa qalxdı

Salyan polisi ayağa qalxdı
17.07.2014 11:52

Polis əməliyyat keçirdi, bir neçə cinayətkar qrup tutuldu

Kriminal  Salyan rayon polis şöbəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbirləri həyata keçiriblər. Daxili işlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və çoxsaylı oğurluq cinayətləri törətmiş şəxsləri yaxalanar məsuliyyətə cəlb edilib.

Belə ki, İlham Abbasov adlı vətəndaşın külli miqdarda narkotik maddə satışı ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olub. Məlumat daxil olduqdan sonra o nəzarətə götürülüb.

Əməliyyatçılar İlham Abbasovu saxlamaq istəyərkən o əlindəki şübhəli bağlamanı ataraq qaçmaq istəyib. Lakin buna nail ola bilməyib. Bağlamaya baxış zamanı 1 kiloqramdan çox narkotik maddə olan həşiş qatranı aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs bildirib ki, narkotik maddəni İran İslam Respublikasının tanımadığı vətəndaşından satmaq məqsədilə alıb. Lakin ələ keçdiyindən narkotik maddəni realizə edə bilməyib. 

Salyan polisinin keçirdiyi digər əməliyyat nəticəsində rayon ərazisindəki evlərdən oğurluqlar etmiş 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.

Belə ki, Kürqaraqaşlı kənd sakini Taleh Eyvazov evindən külli miqdarda qızıl zinət əşyaları və pul oğurlanması barədə polisə məlumat verib. Dərhal istintaq əməliyyat tədbirlərinə başlanılıb və cinayəti törətmiş şəxslər - Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid Gülməmmədov müəyyən edilərək saxlanılıb.

Dəstə üzvləri bildiriblər ki, gözəgəlimli evləri müəyyən edərək əvvəlcə ətrafda müşahidələr aparıblar. Daha sonra isə ev sahiblərinin evdə olmadığı vaxtlarda qapını və ya pəncərəni sındırma yolu ilə içəri daxil olublar. Təbriz Bağırovla Ramiq Hüseynov otaqları axtarıb. Fərid Gülməmmədov isə pusquda dayanaraq gəlib gedənə nəzarət edib. Təkcə vətəndaş Taleh Eyvazovun evindən 3860 manat dəyərində qızıl və külli miqdarda nəğd pul talanıb.

İstintaqla daha sonra dəstə üzvlərinin digər cinayətlər törətdiyi də üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda vətəndaşların evlərinə girərək pul, qızıl və həyətyanı sahələrdən mal-qara da oğurlayıblar.

Aparılan digər əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü ilin əvvəllərindən başlayaraq rayon ərazisindəki kəndlərdən vətəndaşlara məxsus xeyli sayda iri və xırda buynuzlu mal qara oğurlayan şəxslər də tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı Mənsur Məmmədzadə və Amal Mehdiyev mal-qara oğurlayarkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıb.

Bütün faktlarla bağlı cinayət məcəlləsinin müxtəlif maddələrlə iş açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol