"Əkinçi” qəzeti cərimələndi

ərdab Rayon Məhkəməsi "Əkinçi” qəzetinin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.
Anews.az "Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin qəzetin cərimələnməsi barədə protokol tərtib edib.
Protokol qəzetin Zərdab şəhərindəki üçmərtəbəli inzibati binada icarəyə götürdüyü 44 kvadratmetr qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya quraşdırmaması, ilkin yanğınsöndürmə alətləri almaması, naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətini yoxlatdırmaması ilə bağlıdır.
www.anews.az
























