• $
  • €
  • ₽
  • ₺
  • £

DİN əməkdaşları saat 6-dan sonra fəaliyyət göstərən restoran aşkarlayıblar - RƏSMİ + VİDEO

DİN əməkdaşları saat 6-dan sonra fəaliyyət göstərən restoran aşkarlayıblar - RƏSMİ + VİDEO
20.05.2020 16:43
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata əsasən bəzi resoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır. Sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus "Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilərin qəbul edildiyi müəyyən edilib.
 
Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib.Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol