• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi imtahanlar üzbəüz keçirilə bilər – Təhsil naziri

Bəzi imtahanlar üzbəüz keçirilə bilər – Təhsil naziri
28.05.2020 17:58

Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər,  bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə əsasən, sonuncu kurs tələbələrinin biliyinin qiymətləndirilməsi əsasən iki - yekun dövlət attestasiyası (imtahanı) və yekun buraxılış işinin yazılaraq təqdim edilməsi formasında qiymətləndirilir. Bəzi sonuncu tələbələr üçün buraxılış işinin onlayn formada, bəzi hallarda isə tələbənin iştirakı olmadan qiymətləndirilməsi nəzərdə tutulur.

"Amma müəyyən istisnalar da mümkündür. Ola bilər ki, hansısa ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi ənənəvi formada keçirilsin. Tövsiyə edilir ki, imkan olduğu qədər bütün proseslər - qiymətləndirmələr, sənədlərə baxılma, müsahibələr onlayn formada, məsafədən həyata keçirilsin. Amma bir sıra hallarda bu, mümkün olmaya da bilər. Belə halda üzbəüz imtahanların keçiriləcəyi istisna deyil. Ancaq belə olduqda imtahanların keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq ertdiyi təlimata uyğun keçiriləcək”.

C.Bayramov əlavə edib ki, sonuncu kurs tələbələrinin təxminən 80 faizi yekun dövlət imtahanı verirdi.

"Lakini ndiki dövr üçün yekun rəy ondan ibarət oldu ki, bu tələbələr artıq özlərini ali təhsil müəssisəsində təsdiq ediblər və hər bir məktəbin tələbəsi haqqında kifayət qədər məlumat bazası var. Buna görə də yekun dövlət imtahanı verməli olan tələbələrin biliyinin onların təhsil müddətlərindəki orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndirilməsi nəzərdə tutulub”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol