• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda hadisə baş verərsə, sağ qalmağın yolları

Metroda hadisə baş verərsə, sağ qalmağın yolları
16.07.2014 10:20

Ötən gün Moskva metrosunda üç vaqon relsdən çıxdı. Hadisə nəticəsində 19 nəfər öldü, 160 nəfər yaralandı. Yaralananların 123 nəfəri xəstəxanaya yerləşdirildi.

Belə bir məqamda metroda fövqəladə hal baş verərkən davranış qaydalarını gündəmə gətirdi. Bakıda da böyük bir metro şəbəkəsi var. Baş verə biləcək fövqəladə hadisələr zamanı vətəndaşlarımızın sağlamlıqlarını qorumaqları üçün bəzi davranış qaydalarını bilmələri lazımdır.Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, metrodakı əsas təhlükəsizlik qaydaları avtobus, trolleybus və təyyarədə olduğu kimidir.Metro vaqonunda oturaraq hərəkət etmək daha yaxşıdır. Belə olan halda toqquşma və ya ani əyləc zamanı ciddi xəsarət almaq təhlükəsi azalır.Salonu diqqətlə nəzərdən keçirmək lazımdır ki, şübhəli şəxslərin simasını, predmetlərini yadda saxlaya biləsiniz, yanğınsöndürən vasitələrin və qəza çıxışlarının yerini görəsiniz. Metro vaqonunun terrorçular tərəfindən ələ keçirilməsi zamanı passiv müqavimət taktikasını seçmək və risk etməmək tövsiyə olunur. Diqqəti özünüzə cəlb etməməyə çalışın. Təxribatçı davranışlara reaksiya verməyin.Vaqonun ələ keçirilməsi zamanı terrorçular tərəfindən tərəfindən verilən bütün göstərişlərinə əməl edin. Özünüzdə müəyyən edin ki, onların hansı daha təhlükəlidir. Atışma baş verəcəyi təqdirdə təsadüfi güllədən yayınmaq üçün yer seçin özünüzə. Yanınızda uşaq varsa, onun yanında olun. Uşaq üçün daha rahat və təhlükəsiz yer seçməyə çalışın.Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı zamanı, sadəcə, yerə uzanmaq tövsiyə olunur. Ani hərəkətlər etməyin. Qalibiyyətə əmin olsanız belə, terrorçuya qarşı müqavimət göstərməyin. İçəridə onun tərəfdaşı olar və həmin şəxs partlayış törədə bilər. Çantanı açıb nəsə götürməzdən öncə icazə alın. Atışma baş verərsə, sadəcə yerə uzanın və heç yerə qaçmayın.Terrorçuların zərərsizləşdirilməsi əməliyyatını həyata keçirənlərin əmrlərinə tabe olun və əlavə suallar verməyin.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol