• $
  • €
  • ₽
  • ₺
  • £

Öyrənmək hər uşağın haqqıdır

Öyrənmək hər uşağın haqqıdır
01.06.2020 17:50
"Azercell” 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edir

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azercell Telekom” MMC tam fərqli bir layihə gerçəkləşdirir. Uşaqların inkişafına daim xüsusi diqqətlə yanaşan "Azercell” bu dəfə 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağın dil öyrənməsinə kömək edəcək "Busuu” tətbiqinə çıxışını təmin edir.
Bütün dünyada məşhur olan "Busuu” - xarici dil öyrənmə mobil tətbiqinin 90 milyondan çox istifadəçisi var. "Busuu” xarici dil öyrənmək üçün ən yaxşı 10 mobil tətbiqlərdən biridir. Tətbiq vasitəsilə eyni anda 12 dil öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini keçirmək mümkündür. Bu tətbiq beynəlxalq "McGraw-Hill” dil sertifikatını qazanmaq imkanı da verir.

"Öyrənmək hər bir uşağın haqqıdır” mesajını daşıyan kampaniya çərçivəsində "Azercell” fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan, həmçinin aztəminatlı ailələrin uşaqlarına, autizm sindromlu uşaqlara, eləcə də aprel şəhidlərinin və qazilərinin övladlarına "Busuu” tətbiqi üçün 6 aylıq pulsuz kodlar hədiyyə edir. Şirkət tərəfindən təqdim olunan imkanlar bununla bitmir. Zəruri hallarda "Azercell Mobil Müştəri” xidmətinin əməkdaşları regionlara səfər edərək bu tətbiqə qoşulmaq üçün ailələrə dəstək olur və pulsuz nömrələr də paylayırlar.

Hər bir uşağın özünü inkişaf etdirməsi və xarici dil öyrənməsinə dəstək olacaq bu xeyriyyə kampaniyası ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edir. Ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azercell”in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidməti və Uşaq Paralimpiya Komitəsi, həmçinin "Birgə və sağlam”, "Zəfər” İctimai Birlikləri tərəfindən təqdim olunub. Bu layihənin gerçəkləşməsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də dəstək verib.

"Azercell Telekom” MMC yarandığı ilk gündən uşaqların təhsili və uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif layihələr həyata keçirir. "Azercell”in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidməti artıq 10 ildir uşaqlara ilkin psixoloji, emosional yardımın, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi üzrə çalışır. Uşaq Paralimpiya Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial həyata inteqrasiya imkanları yaradılır. "Azercell”in digər unikal layihəsi kimsəsiz və yardıma ehtiyacı olan, aztəminatlı ailələrin uşaqları üçün "Mobil Diş” və "Mobil Göz” Klinikalarının yaradılmasıdır. Hər il səyyar klinikalar tərəfindən minlərlə uşağa pulsuz tibbi xidmət göstərilir, onların müayinəsi həyata keçirilir. Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz internet məzmunundan qorumaq üçün "Azercell Kids” adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Bundan əlavə, "Azercell” şirkəti paytaxt və regionlarda "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlim proqramları təşkil edib.

"Azercell Telekom” MMC ildə yalnız bir gün deyil, daim uşaq hüquqları və uşaqların sağlam inkişafı məsələlərini cəmiyyətin diqqətində saxlamaq, uşaqların rifahının yüksəlməsinə dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir və buna davam edəcək.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol