• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tələbələr aksiyaya cəhd etdi

Bakıda tələbələr aksiyaya cəhd etdi
15.07.2014 16:07
Təhsil Nazirliyinin lisenziya müddətinin uzadılması barədə qərar çıxardığı Azərbaycan İctimai-Siyasi Universitetinin tələbələri bu gün aksiya keçirməyə cəhd ediblər.Tələbələrin ANS PRESS-ə verdikləri məlumata görə, Azərbaycan İctimai-Siyasi Universitet bağlandıqdan sonra onları Təfəkkür universitetinə köçürüblər. Təfəkkür universitetində isə həmin köçürülən tələbələrdən Təhsil Nazirliyinin müəyyən etdiyindən daha yüksək illik ödəniş haqqı tələb ediblər:“Təhsil Nazirliyi bəyan etdi ki, biz hər hansı universitetə köçüləndən sonra da əvvəl ödədiyimiz təhsil haqqını ödəyəcəyik. Amma biz Azərbaycan İctimai-Siyasi Universitetində oxuduğumuz zaman min 900 manat illik ödəniş ödəyirdik. İndi isə Təfəkkür universitetindən bizə 3 min manat ödəyəcəyimizi söyləyirlər. Bizim şikayətimizə niyə baxmırlar. Təhsil Nazirliyinə müraciət etmişik amma müraciətlərimizə cavab verməyiblər”.Tələbələrin şikayətini nəzərə alaraq Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında tələbələrin şkiayətlərinin araşdırıldığını söyləyib. O, qeyd edib ki, Azərbaycan İctimai-Siyasi universitetindən Təfəkkür universitetinə köçürülən tələbələrin illik ödəniş haqqları 2 min manatdan yüksək olmayacaq:“Universitet rəhbərliyi ilə əlaqə saxladıq. Orada hər hansı bir aksiyanın keçirilməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq Azərbaycan İctimai-Siyasi Universitetinin tələbələri ora qeydiyyatdan keçmək üçün yaxınlaşıblar. Azərbaycan İctimai-Siyasi Universitetində təhsil haqqı 2 min manat olub. Amma Təfəkkür və digər universitetlərdə ödəniş haqqları 2 min manatdan yüksəkdir. Amma Azərbaycan İctimai-Siyasi Universitetindən Təfəkkür universitetinə köçürülən tələbələrin ödəniş haqqları 2 min manatdan yüksək olmayacaq. Ən yüksək hədd də 2 min manatdan yüksək olmayacaq. Amma vaxtı ilə Azərbaycan İctimai-Siyasi Universitetində tələbələrin ödəniş haqqları 3 min manatdan yüksək olub”.

Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə qərar qəbul edib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol