• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən maska xəbərdarlığı

DYP-dən maska xəbərdarlığı
03.06.2020 14:23
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.

Anews.az xəbər verir ki, müraciətdə deyilir:

"Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsinin məsuliyyətə səbəb olması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunmuş və bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 2 iyun 2020-ci il tarixdə dəyişiklik edilərək inzibati məsuliyyət müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, xüsusi karantin rejimində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcəklər”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol