• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili girov götürülən kəlbəcərlilərdən danışdı

Millət vəkili girov götürülən kəlbəcərlilərdən danışdı
15.07.2014 15:35
Azərbaycan Kəlbəcərdə girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi üçün lazımi addımlar atır. Hər iki mülki vətəndaşımız erməni əsirlərlə dəyişdiriləcək.ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Asim Mollazadə Dilqəm Əhmədov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsi məsələsi ilə bağlı danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, Qırmızı Xaç Cəmiyyəti vasitəsilə əsirlərimizlə əlaqə saxlayacağıq: “Bu proses Qırmızı Xaç Cəmiyyəti vasitəsilə həyata keçiriləcək. Onların sayəsində Kəlbəcərdə əsir götürülən vətəndaşlarımızla əlaqə yaratmağa çalışacağıq. Əsirlərin durumunu nəzarət altında saxlamaq və işgəncəyə məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii ki, onların azad edilməsi üçün də işlər görüləcək və görülür də”.Deputat əsir götürülən D.Əhmədovun erməni xüsusi təyinatlıları tərəfindən Rusiyada Orxan Zeynalov kimi tutulması və onunla “xüsusi terrorçu” kimi rəftar edilməsindən də danışdı. Onun sözlərinə görə, əsir düşən vətəndaşlara qarşı ermənilərdən normal rəftar gözləmək sadəlövhlük olardı:“İki ölkə arasında illərdir ki, müharibə gedir. Onlar dəfələrlə dinc vətəndaşlarımıza qarşı bu cür qəddarlıq ediblər. İndi əsir düşən vətəndaşlara qarşı onlardan normal rəftar gözləmək sadəlövhlük olar. Onlar bu hərəkətləri ilə insanlığa qarşı necə qəddar olduqlarını göstərirlər və bunu çəkib göstərməklə, əslində mahiyyətlərini, hansı prinsiplə yaşadıqlarını dünyaya bəyan etmiş olurlar. Onlar özləri-özlərini ifşa edir”.A.Mollazadə əlavə etdi ki, Ermənistanda əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə pozulur:“Əsirlərlə davranma qaydaları ilə bağlı xüsusi konvensiya var ki, onlar buna əməl etmir. Yayılan video-görüntülərdən də bunu görmək mümkündür”.Millət vəkili bu hadisənin cəbhədə vəziyyəti gərginləşdirəcəyini düşünmür:“Düşünmürəm ki, bu hadisə cəbhədə vəziyyəti gərginləşdirə bilər. Onsuz da mütəmadi olaraq atəşkəsi pozurlar və cavablarını da alırlar. Bundan artıq gərginlik müharibə deməkdir ki, bunun da bu hadisə ilə başlayacağına inanmıram”.Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki azərbaycanlı girov götürülüb. Onlar uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd-yerlərindən videoçəkilişlər edirmişlər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol