• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya yeni metro qatarları gətirilib

Bakıya yeni metro qatarları gətirilib
08.06.2020 11:25
Rusiyanın "Transmaşholdinq” SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda "Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında istehsal olunmuş, innovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət 4 yeni qatar Bakıya gətirilib.

Bu barədə "Report"a "Bakı Metropoliteni”ndən bildirilib. 

Məlumata görə, metronun perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub. "Bakı Metropoliteni"nin təsis edildiyi altı il ərzində bu istiqamətdə atılan addımların nəticəsi kimi, artıq bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir. Metronun lokomotiv təsərrüfatında bu yeniləşmə prosesi Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı özünün sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha toxunub və yaxın illərdə metronun ən müasir və rahat vaqonlarla təmin olunması üzrə işlərin davam etdiriləcəyini bildirib.

Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Bu, vaqonun tutumunu 15 faiz artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb.

Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır.

Kondisioner sistemi "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri nəzərə alınmaqla, yerli iqlim şəraitinə uyğunlaşdırılmaqla hazırlanıb. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, salonlarda havanın bərabər paylanmasına xidmət edir.

Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, əvvəlki sifarişlərdə olduğu kimi, qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin edilib. Ümumən, qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlər vaqonların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.

Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu sistem maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.

Sahəsi genişləndirilməklə daha rahat olmuş maşinist kabinəsi sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan diaqnostika sistemi tətbiq edilib.
Yeni qatarlar müvafiq sazlama və tənzimləmə işlərindən sonra, yaxın vaxtlarda xəttə buraxılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol