• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bərbad hala salınmış səkiləri parkinqə çeviriblər- VİDEO

Bakıda bərbad hala salınmış səkiləri parkinqə çeviriblər- VİDEO
08.06.2020 17:11
Bakının Xətai rayonunda sakinlər küçələrin, səkilərin bərbad vəziyyətdə olmasından şikayət edir.

Oxu.Az xəbər verir ki, videogörüntülər rayonun Nəsirəddin Tusi küçəsində lentə alınıb.

Küçədə səkinin bərbad vəziyyətdə olduğunu deyən sakinlər bəzi yerlərdə işıqlandırmanın da olmadığını bildirib. Ərazidəki səkilərin əksəriyyəti parkinq kimi istifadə edilir.

Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanov redaksiyamıza açıqlamasında bildirib ki, küçələrin abadlaşdırılması istiqamətində rayon ərazisində mərhələli şəkildə işlər görülür:

"Xətai rayonunda Sәmәd bәy Mehmandarov küçəsi, İnqilab İsmayılov küçəsi, Məzahir Rüstəmov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əsaslı təmir-bərpa işləri aparılıb.

Hazırda Agentlik tərəfindən rayonun Seyid Əzim Şirvani küçəsi, Mehdi Mehdizadə küçəsi, Sabit Orucov küçələrində də avtomobil yollarının təmir-bərpa işləri həyata keçirilir. İcra Hakimiyyəti olaraq rayon ərazisinə yerləşən iaşə obyektlərinin sahibkarları ilə danışıqlar apararaq, obyektlərin görünüşlərinin səliqəyə salınmasına çalışırıq.

Vətəndaşın qeyd etdiyi Nəsirəddin Tusi küçəsi də bu ilin tədbirlər planına salınıb. Həmin küçədə avtomobil yolunun və səkilərin təmir edilməsi nəzərdə tutulub. Bizdə olan məlumata görə, AAYDA tərəfindən ərazidə digər təşkilat və qurumlara müraciət olunaraq, sözügedən küçədə kommunikasiya xətləri ilə bağlı mövcud problemlərin həllinə diqqət yetirilməsi xahiş olunub.

Bütün işlərin yekununda həmin küçədə asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Sadalanan işlər cari ilin yekunlarına qədər həll olunacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol