• $
  • €
  • ₽
  • ₺
  • £

"Nazirlik vəd versə də, məsələ hələ də öz həllini tapmayıb"

"Nazirlik vəd versə də, məsələ hələ də öz həllini tapmayıb"
10.06.2020 16:26
Bir neçə gün əvvəl ehtiyatda olan kapitan Məmməd Quliyevin səhhətinin ağır olması barədə məlumat vermişdik.

Sözügedən problem Yeniavaz.com tərəfindən işıqlandırıldıqdan sonra Müdafiə  Nazirliyindən məsələyə reaksiya verildi. Belə ki, Nazirliyin nümayəndələri və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimləri 18 il vətənə xidmət etmiş zabit Məmməd Quliyevin evində oldular.

Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Əyyubov 2013-cü ildə ordu sıralarından tərxis olunan və ağır xəstəlikdən əziyyət çəkən hərbi qulluqçunun ailəsinə maddi yardım və zəruri ərzaq yardımı edib.

Bundan başqa Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən Məmməd Quliyevin ailəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacağı bildirilib.

Məsələni nəzarətdə saxlayaraq zabitin həyat yoldaşı Aytac Quliyevadan mövcud vəziyyəti maraqlandıq. O bildirdi ki, həmin gündən sonra nə zəng vurub maraqlanan, nə də ziyarət edən olub:

"Ayın 8-i gəldilər, video çəkiliş də etdilər. Həkim müayinə etdi, yarasını sarıdı. Yarasını sarıdıqdan sonra dedi evdə müalicə etmək mümkün olmayacaq. Polkovnik Aydın Əyyubov problemin nə olduğunu soruşdu. Mən də ən birinci yoldaşımın xəstəxanaya yatızdırmalı olduğunu dedim. İkinci problemimiz isə ipotekadır. Bizə dedilər ki, bununla bağlı nazir və müavininə məsələni məruzə edəcək və cümə gününə kimi bir xəbər deyəcəklər. Yoldaşımın səhhəti ilə bağlı yardım ediləcəyi deyildi. Bizə 2000 manat məbləğində pul və ərzaq yardımı etdilər. Düşünürəm ki, bununla bizi sadəcə yola verdilər, yoldaşımı heç xəstəxanaya da yatızdırmayacaqlar. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcəklərini deyiblər. Bizim yazılı müraciətlərimiz çox olub, həmişə də ƏƏSMN-ə ötürüblər. Bugünə kimi bizə heç bir kömək olunmayıb, olunsa idi yoldaşım bu vəziyyətə düşməzdi”.

Məsələni daha ətraflı araşdırmaq üçün Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O bildirdi ki, ailəyə yardım göstərilib, bununla bağlı məlumat da verilib:

"Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən adıçəkilən ailə ilə bağlı qanun çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacaq”.
Ailəyə ipotekanın həll olması və kapitan Məmməd Quliyevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəd verilsə də, məsələ hələ də öz həllini tapmayıb.

Yeniavaz.com-un ehtiyatda olan kapitan Məmməd Quliyevin səhhətinin ağır olması barədə hazırladığı videoreportaj:
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol