• $
  • €
  • ₽
  • ₺
  • £

Oruc üçün gündəlik iş rejimi üzr sayıla bilər?

Oruc üçün gündəlik iş rejimi üzr sayıla bilər?
14.07.2014 16:50
Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz. ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytının “Şəri sual və cavab” bölümündə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə yönəldilmiş suala verilən cavabda bildirilib. Sayt rəhbərliyi maraqlı olacağını düşündüyü bu sualı və cavabını oxucularla bölüşüb. Sual:Salam hörmətli Şeyximiz, mən dövlət idarəsində çalışıram, bizim idarədə ciddi və məsuliyyətli iş rejimi var. Bundan əlavə, məndə bir neçə xəstəlik var ki, bunlardan biri də təzyiqimin aşağı olmasıdır. Yeməyimi vaxtında yeməyəndə şiddətli başağrıları olur, buna görə də 1-2 gündən artıq oruc tuta bilmirəm. Bir neçə dəfə istəmişəm ki, oruc tutum, lakin bu zaman başağrıları olur, bu da işdə işimi lazımınca və keyfiyyətlə yerinə yetirməyə imkan vermir. İstirahət günündə evdə olanda oruc tuta bilərəm, bu zaman çoxlu yatıram və başımın ağrımağı o qədər də əziyyət vermir.Bilmək istəyirəm ki, mənə oruc tutmaq vacibdir, yoxsa yox? Əgər vacib deyilsə, gündəlik ehtiyacı olanlara nə qədər maddi yardım etməliyəm?Cavab:Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Mübarək Ramazan ayında yalnız oruc tutulduğu təqdirdə fəsad yarada biləcək bir xəstəlik üz verdikdə bir şəxs oruc tutmaya bilər. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz.Sizin vəziyyətinizə gəldikdə isə, peşəkar bir həkimə müraciət etməniz məsləhət görülür. Əgər dindar və öz işində mütəxəssis olan həkim sizə oruc tutmağı qadağan etsə, o zaman oruc tutmaya bilərsiniz. Lakin sonradan sağlamlığınız bərpa olduqdan sonra oruc tutmadığınız həmin günlərin qəzasını yerinə yetirməli və hər bir gün üçün də 750 qram buğdanın pulunu fəqir və yoxsula verməlisiniz.Gərgin iş rejimində çalışan şəxslərə Mübarək Ramazan ayı daxil olarkən Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada məzuniyyət götürmək məsləhət görülür. Həmçinin iş rəhbərindən Ramazan ayı boyunca iş rejiminin yüngülləşdirilməsi də xahiş edilə bilər.Allah ibadətlərinizi qəbul etsin.Qafqaz Müsəlmanları İdarəsi, Fətva şöbəsi ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol