Azərbaycanda ər və arvadı bir sürü qoyun oğurladı

Azərbaycanda mal oğurluğu faktının üstü açılıb. Lent.az-ın məlumatına görə, cari ilin iyun ayının 10-da Quba rayon sakini Nurağa Abdullayev Qusar RPŞ-yə ərizə ilə müraciət edərək may ayının 26-da Kuzun kəndinin otlaq sahəsindən 64 baş qoyununun itməsini bildirib. Qusar RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı qoyunların həmin otlaq sahəsində çoban işləyən Ucar rayon sakini Arzu Qasımov və arvadı Naibə tərəfindən oğurlanması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























