• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” komandası “Breyn Rinq” yarışının XV mövsümünün qalibi oldu

“Nar” komandası “Breyn Rinq” yarışının XV mövsümünün qalibi oldu
12.06.2020 13:56
Gənclərin maarifləndirilməsi məqsədilə müxtəlif bilik yarışlarını dəstəkləyən "Nar”ın baş sponsorluğu ilə keçirilən "Breyn Rinq” intellektual oyununun XV mövsümü başa çatıb. 36 komanda arasında gedən gərgin mübarizədə "Nar” komandası bütün rəqiblərini geridə qoyaraq XV mövsümün çempionu olub.
 
Komanda eyni zamanda, mobil operator tərəfindən təsis edilmiş "Nar” kubokunun sahibi olub. Qeyd edək ki, final oyunda mobil operatorun dəstək olduğu "Nar” komandasının intellektualları "Kapital Bank”, "Bridge", "Dövlət İdarəçilik Akademiyası" komandalarını geridə qoyub. Xatırladaq ki, "Nar” komandası ötən mövsümdə də bütün rəqiblərini geridə qoyaraq 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olmuşdu.
 
Artıq 8 ildir ki, "Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışının 15-ci mövsümündə respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 36 komanda mübarizə aparıb. Qeyd edək ki, hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları "Breyn Rinq” intellektual oyununu izləməklə yanaşı, həm də "Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər. Belə ki, verilişin yayımı zamanı "Nar”ın "Facebook” səhifəsində qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanıblar.
 
"Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da gənclərin elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Mobil operatorun KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox